Bakının Nərimanov rayonunda iki nəfər döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Neymətulla küçəsi, 50 ünvanında qeydə alınıb.
Mingəçevir şəhər sakini, 1976-ci il təvəllüdlü Əmiraslan Aslanov xuliqanlıq zəminində Bakı şəhər sakinləri – 1989-cu il təvəllüdlü Elvin Məmmədov və onun dostu İlyas Daşdəmirovu döyərək, onlara xəsarət yetirib.
Elvin Məmmədov və İlyas Daşdəmirova xəstəxanada tibbi yardım göstərilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov