10 Mart 2016 11:30
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə dünyasını dəyişmiş Tərtər özünümüdafiə batalyonunun sabiq komandanı, Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidovun Tərtərdəki evi qarət edilib.


Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu Şəhriyar Məcidzadə Feysbukda məlumat verib:


“Tərtərdəyəm, evimizdən oğurluq olub. Kimlərsə evimizə girib və evimizi yağmalayıb, yağmalatdırıb. Olduqca gərgin və qəzəbliyəm! Ən qısa zamanda Bakıya gəlib Daxili İşlər nazirinə və digər qurumlara müraciət ünvanlayacam.

Burdan üzümü Azərbaycanın dövlətinə, hüquq mühafizə orqanlarına tuturam. Burdan üzümü bütün media mənsublarına, ziyalılara tutub bildirirəm ki, biz sizin dəstəyinizi gözləyirik. Sərdar Həmidovun təmas xəttinin yaxınlığında yerləşən evindən oğurluq edirlər. Bu, sadə məsələ deyil! Həm də belə bir ərəfədə!

Demək ki, nəbz yoxlayırlar. Kim nəbz yoxlayırsa, qanunun ən sərt üzüylə cəzalandırılmalıdır! Sabah ətraflı şəkildə oğurlanan əşyalar və təfərrüatı barədə məlumat yayacam”.

Şəhriyar Məcidzadə axşam olduğu üçün çəkiliş edə bilmədiyini qeyd edib.


Müəllif:

Oxşar xəbərlər