Bakının Nizami rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Heydər Məmmədov tutulub.
Heydər Məmmədovdan 3 kiloqram tiryək və marixuana götürülüb. Heydər Məmmədovun kirayədə yaşadığı evdə isə 15 kiloqramdan çox marixuana və tiryək aşkar olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov