Zərdab rayonunda silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Rahim Əhmədli ov tüfəngi ilə özünü vurub. Xəsarət alan Rahim Əhmədli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov