Bakıda qohumunun evindən pul və qızıl əşyaları oğurlamış şəxs saxlanılıb.
Teleqraf.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini Samir Vəlimətovun evindən 950 manat və qızıl əşyalar oğurlamış qohumu Elnurə Məmmədova tutulub.