Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Viravul kənindən keçən hissəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan avtomobil yolu keçmək istəyən piyadanı vuraraq ona ağır bədən xəsarətləri yetirib. Piyada dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.