İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Burovdal kəndində qeydə alınıb.
Kənd sakini, 1948-ci il təvəllüdlü Ruqiyyə Xanhüseynova özünü yaşadığı evin həyətindəki tövlədə kəndirlə asaraq ölüb.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Hacı Zeynalov