14 Mart 2016 12:43
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində martın 9-da İlham Ağayevi qətlə yetirən şəxs müəyyən edilib.

O, Maştağa qəsəbəsi sakini, 1993-cü il təvəllüdlü Şəhriyar Abbasquliyevdir. Şəhriyar Abbasquliyev martın 12-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölkədən qaçmaq istəyərkən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb.

Məlumata görə, qətlə yetirilən İ.Ağayev qumarbaz olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər