14 Mart 2016 17:20
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsində 57 nəfər xarici ölkə vətəndaşı təqsirləndirilərək məsuliyyətə cəlb olunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupu tərəfindən hazırlanan “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə deyilir.

Məsuliyyətə cəlb edilən həmin şəxslərdən 65 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Fedarasiyası, 1 nəfəri isə Türkmənistan vətəndaşıdır.


Müəllif:

Oxşar xəbərlər