2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsinə əsasən 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ümid Qubadovun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Mehmet Gencin üzərinə baxış keçirilən zaman alt paltarının içərisində gizlətdiyi 40 ədəd psixotrop həb aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər rayon Polis İdarəsinə göndərilib.