15 Mart 2016 14:59
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşməkdə ittiham olunan Şirxan Xasaylının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində Şirxan Xasaylı həbs edilib.

Müəyyən edilib ki, Şirxan Xasaylı bir qrup şəxslə 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)” terrorçu təşkilatının fəaliyyətində iştirak edib.

Şirxan Xasaylı Cinayət Məcəlləsinin 12.1,279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə ittiham edilir.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Şirxan Xasaylının anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 29-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər