Bərdə rayonunda tanınmış müğənninin oğlu qətl törədib.
Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı tanışı, 1993-cü il təvəllüdlü Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Verilən məlumatlarda bildirilir ki, tanışlar arasında borc pul üstündə mübahisə baş verib. Hadisəni törədən şəxs həbs edilib.
Xatırladaq ki, qətli törərətməkdə şübhəli bilinən Tural Alahverdiyev tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.
Faktla bağlı Bərdə Rayon Prokurorlunda araşdırma aparılır.
Xalid Salmanbəyli