15 Mart 2016 15:34
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənmiş övladları - 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən hər ikisi yolda ölüb.


Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər