13 İyun 2014 14:26
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu öldürməkdə təqsirli bilinən Tahir Əliyevin məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin martın 16-da Yasamal rayonunun Salatın Əsgərova küçəsi 24 ünvanında yaşayan Tahir Əliyev onunla bir həyətdə yaşayan qardaşı oğlu, 54 yaşlı İlham Əliyevi bıçaqlayıb. Əsəblərini cilovlaya bilməyən Tahir daha sonra İlhamın həyatı yoldaşı Kəklik Əliyevanı bıçaqlayıb. İlham çoxlu qan itirdiyindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anotomiya Birliyinin Yasamal Rayon Şöbəsinə göndərilib. Yaralı Kəklik Əliyeva isə yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.

Tahir Əliyev Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Bölmədə dindirilən Tahir törətdiyi cinayət əməlini etiraf edib.

Tahir Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyunun 19-na təyin olunub.

Hacı Zeynalov


Müəllif: