Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.
Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Vaqif Əliyev martın 15-də, saat 23.00-da evə gələrkən naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs Vaqif Əliyevi itələyərək, yerə yıxıb və bıçaqla boyun-sifət nahiyəsini kəsib.
Həmin şəxs daha sonra Vaqif Əliyevin cibində olan 70 manatı götürərək, hadisə yerindən qaçıb. Vaqif Əliyev aldığı xəsarətlə 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib. Vaqif Əliyev hadisədən əvvəl işdən çıxıb və evinə gəlirmiş.
Hazırda Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları tərəfindən cinayəti törədən şəxsшт müəyyən edilərək, həbs edilməsi üçün tədbirlər görülür.
Hacı Zeynalov