Bakının Yasamal rayonu ərazisində yanğın hadisəsi olub. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə baş vermiş yanğın zamanı ev sakini, 1936-cı il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.
Onun gözlərinin görmədiyi bildirilir.
S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.
Yanğın baş vermiş əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Yanğın söndürülüb.
/APA/