Gecə saatlarında Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 100 kv.m olan) 6 otaqlı evin 1-ci mərtəbəsinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə bir nəfər xəsarət alıb. Yanğın hadisəsi baş verməyib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.