Bakının Nizami rayonunda ticarət mərkəzlərindən birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, martın 1-dən 12-dək olan müddətdə paytaxtın Nizami rayonu ərazisindəki ticarət mərkəzlərindən birində, orada Bakı şəhər sakinləri H.Əlizadəyə, R.Xəlilovaya və A.Ağazadəyə məxsus qızıl əşyalar oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Aygün Şahsuvarova həbs edilib.
Hacı Zeynalov