Bir neçə dəqiqə bundan əvvəl Bakının Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəza hadisəsi baş verib.
Yüksək sürətlə hərəkət edən avtomobil yol kənarında duran iki piyadanı vurub. Qəzanı törədən Lada-015 markalı avtomobil yararsız hala düşüb.
Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.
Hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsi ilə xəsarət alanlar xəstəxanaya aparılıb./axar/