Sabirabad rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.
Kənd sakini Ələkbər Əsədovun evinə girmiş 2 maskalı şəxs onu və arvadı Sümbülü döyüblər və daha sonra həmin şəxslər evdən pul aparıb.
Sabirabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qohumları - Ceyhun Qurbanov və Vüqar Qurbanov tutulublar.
Hacı Zeynalov