Bakının Xətai rayonunda Türkiyə vətəndaşı cinayət törədib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Rəhimov küçəsində qeydə alınıb.
Həmin ünvanda Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Mədinə Dadaşova Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Cedik Səma tərəfindən döyülüb. Hadisə xuliqanlıq zəminində baş verib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov