Bakının Binəqədi rayonunda yol qəzası törədən sürücü həbs edilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Bakı şəhər sakini Sabir Piriyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü müəyyən edilib.
Bu, “Mercedes” markalı avtomobilin sürücüsü -Tərtər rayon sakini Kənan İsgəndərlidir. O, polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov