19 Mart 2016 23:39
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər yaşayış evinə pəncərədən daxil olub və 1937-ci il təvəllüdlü İsmayılov Cəlal İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:06-da başa çatıb.


Müəllif:

Oxşar xəbərlər