Bakının Yasamal rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Qazax rayon sakini Yaşar Allahverdiyev fəhlə işlədiyi Yasamal rayonu ərazisində inşa olunan 13 mərtəbləi binanın 12-ci mərtəbəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş Y.Allahverdiyevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov