Daxili İşlər Nazirliyi bayram günləri baş verən ağır qəzalarla bağlı açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Şamaxı şəhərində rayon sakini Rəfayel Kərimov idarə etdiyi “QAZ-53” markalı avtomobillə yolu keçən həmyerlisi Aybəniz Qafarovanı vurub və və o, hadisə yerində ölüb.
Daha bir ağır yol qəzası Culfa rayonunda qeydə alınıb. Yaycı kəndində Ordubad rayon sakinləri Xudaverdi Ağayevin idarə etdiyi “VAZ-2107” və Novruz İsmayılbəylinin idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Ağayevin sərnişini - həmyerlisi Orxan Qafarzadə orada ölüb.
Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 28 yaşlı Qabil Muxtar oğlu Əbdülovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.
Güclü zərbədən “VAZ-2106”nın sürücüsü və onun yanındakı sərnişinləri olan uşaqları -12 yaşlı Elvira və 9 yaşlı Şamo müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaralılara lazımi tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq baş beynin ağır dərəcəli zədələnməsi diaqnozu təyin edilmiş 9 yaşlı Şamonun həyatını xilas etmək mümkün olmayıb.
Hacı Zeynalov