Qovlar şəhərində yanğın olub.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu Qovlar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 99 kv.m olan 1 mərtəbəli 2 otaq evin tavanı 1 kv.m sahədə yanıb. Yüksək temperaturdan aynəbəndin tavanı 30 kv.m sahədə qarsalanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.