24 Mart 2016 12:15
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda qətl hadisəsi törədən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib.

4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı Məmməd Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb. Zülfüqar Əzizli hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Məmməd Məmmədov həbs edilib. Məlumata görə, sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, Məmməd Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər