Sumqayıt şəhərində gənci ad günündə qətlə yetirən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Namiq Məmmədovu öldürən Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Babək Atamalıyev saxlanılıb.
Qeyd edək ki, hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6-nın qarşısındakı həyətyanı sahədə qeydə alınıb. Ucar rayon sakini 1989-cu il təvəllüdlü Namiq Məmmədov bir bıçaq zərbəsilə dünyasını dəyişib.
Qətlə yetirilən Namiq Məmmədov barəsində maraqlı faktlar əldə edilib. Evlərinin qarşısında qətlə yetirilən mərhumun martın 22-də 27 yaşı tamam olacaqmış. Bakıda mühafizə kimi çalışan Namiq həmin gün gecə növbəsində imiş.
Doğum gününü bir gün sonra keçirməyi planlaşdırırmış. Amma sonradan Namiq fikrini dəyişib. Gecə növbəsində olmağına baxmayaraq, rəhbərlikdən icazə alaraq evlərinə gəlməyi düşünüb.
Mərhum atasına zəng edərək növbəsini başqa günə dəyişdiyini bildirib və doğum gününü qeyd etmək üçün evə gələcəyini deyib. Gecə saatlarında evə gələn Namiq yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov