Gəncə şəhərində gənclər arasında kütləvi dava bıçaqlanma ilə nəticələnib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonu ərazisində baş verib.
Qəbələ rayon sakinləri 1996-cı il təvəllüdlü Əkbər Əliməmmədli və 1997-ci il təvəllüdlü Şahmurad Abbasov kütləvi dava zamanı bıçaq xəsarəti alıblar. Onlar kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Onlara tibbi yardım göstərilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Atilay Quliyev və Pərvin Şiraslanov tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov