30 Mart 2016 10:10
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Əmri Süleymanov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə keçən il fevralın 13-də baş verib. Bakının Buzovna qəsəbəsində, dəniz qırağında Oğuz rayonunda qeydiyyatda olan, Аbşеrоn rаyоnu, Mаsаzır qəsəbəsində yаşаyаn, 1968-ci il təvəllüdlü Xatirə Rzayevanın üzərində 15 bıçaq zərbəsi aşkarlanan meyiti tapılıb.

Müəyyən olunub ki, Xatirə Rzayeva yüngül həyat tərzi keçirib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti Əmri Süleymanovun törətdiyi məlum olub.

Lakin qətl törədən şəxs hadisədən sonra Azərbaycandan qaçıb. Fevralın 17-də isə Əmri Süleymanov Rusiyanın paytaxtı Moskvada qatardan düşən kimi saxlanılıb. Daha sonra Rusiya hüquq-mühafizə orqanları Xatirə Rzayevanı öldürən şəxsi Azərbaycana təhvil verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmri Süleymanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, onun şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər