Bakının Nizami rayonunda oğurluq edən şəxslər tutulub.
Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakinləri Rəsul Qafarlı, Məhərrəm Qənbərov və qardaşı Amal tutulublar.
Dəstə üzvləri bu ilin martın 9-da Mübariz Əliyevə məxsus 11 yeşik mandarin oğurlamaqda şübhəli biliniblər
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov