Bakının Nərimanov rayonunda turizm şirkətindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Həsən Həsənova məxsus turizm şirkətinin ofisindən 2700 manat oğurlanıb.
Oğurluğu gələn şəxs ofisdə olan müşahidə kamerasını da oğurlayıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Həsənov tutulub.
Hacı Zeynalov