1 Aprel 2016 11:52
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda 6 yaşlı oğlunu qətlə yetirən ata həbs edilib. Ağstafa rayon polis şöbəsindən hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev atası Famil Pərvanəyev tərəfindən döyülərək qətlə yetirilib.

Ağstafa rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Famil Pərvanəyev həbs edilib.

İlkin məlumata görə, Famil 6 yaşlı oğlunu döyəndən sonra ağaca başına vurub. Zərbənin təsirindən 6 yaşlı oğlan vəfat edib.

Famil Pərvanəyev iki ailəsi olub. Məlumata görə, Familin başqa bir ailəsi Qazax rayonunda yaşayıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər