"Bank VTB" (Azərbaycan) ASC-nin idarə heyətinin sədri Yuri Yakovlev "Antikollektor” MMC-nin sədri, hüquqşünas Əkrəm Həsənovdan baş prokuror Zakir Qaralova şikayət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Əkrəm Həsənovun özü məlumat verib.
Yuri Yakovlev şikayətində Əkrəm Həsənovun feybuk səhifəsində Mərkəzi Bank və onun sədrini təhqir etdiyini, banklara qarşı kampaniya apardığı, borcluları kreditləri ödəməməyə çağırdığı, Rusiyaya qarşı yazıb millətlərarası münasibətləri korladığını, müştəriləri Rusiya banklarına, o cümlədən VTB-yə etibar etməməməyə çağırdığını yazıb.
Əkrəm Həsənov qeyd edib ki, o, heç kəsi təhqir etməyib: "Maarifləndirmə işləri aparır, borcluların hüquqlarını müdafiə edirəm Hüquqşünas olmağım bir tərəfə, vətəndaş və tədqiqatçı kimi düzgün hesab etdiyim fikirlərimi bölüşmək mənim borcumdur. Mən heç kəsi kreditləri ödəməməyə çağırmıram. Kreditlər qanun (faizlərin düzgün hesablanması və s.) və imkan daxilində (imkanı olmayanın borcu silinməlidir) qaytarılmalıdır, o cümlədən dollar kreditəri üzrə Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq güzəştlər tətbiq edilməlidir.
Mən heç vaxt rus xalqına qarşı çıxışlar etməmişəm. Rus xalqına böyük hörmətim, mədəniyyətinə bağlılığım var, təhsilimi rus dilində almışam, hətta rusca şeir də yazıram. Mən Rusiyanın imperialist siyasətinə qarşı çıxış edirəm. 20 yanvar, Xocalı faciələrini törətmiş, ermənilərə torpaqlarımızı işğal etməkdə və saxlamaqda dəstək olmuş Rusiya dövlətinə qarşı çıxış edirəm. Rusiya bankları olan VTB və Nikoylun etibarsız və təhlükəli bank olmalarına gəldikdə də fikrimdə qalıram".
Ayxan