4 Aprel 2016 12:02
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən Tural Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Tural Yusifov 3 il müddətə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Pirşağı qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Yusibov həmyerlisi Əliabas Allahyarovla mübahisə edib. Tural Yusifov Əliabbas Allahyarovu bıçaqlayıb. Səbəb zərərçəkənin Tural Yusifovu söyməsi olub.

Əlabbas Allahyarov xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.

Hacı Zeynalov


Müəllif: