Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Ramil Muşarapovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Əslən Tatarıstan Respublikasından olan, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Ramil Mavilyitoviç Muşarapov aralarında yaranan şəxsi mübahisə zəminində doğma qardaşı, 1981-ci il təvvəlüdlü Renat Mavilyitoviç Muşarapovu bıçaqlayaraq qətlə yetirib.
Qətli törədən Ramil Muşarapov hadisədən sonra polis idarəsinə gedərək, könüllü təslim olub. Ramil Muşarapov bundan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ramil Muşarapov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov