7 Aprel 2016 09:48
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda otellərdən birində bomba həyəcanı yaşanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Tbilisi prospekti38 ünvanında yerləşən “Qafqaz City” otelində baş verib.

Otelin işçisi, 1986-cı il təvəllüdlü Zahid Quluzadə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, otelə bomba qoyulması xəbərini bildirib. O, qeyd edib ki, bununla bağlı naməlum şəxs onun mobil telefonuna zəng vurub.

Dərhal qeyd olunan otelə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Aparılan araşdırma zamanı oteldə bomba olmaması üzə çıxıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər