Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun vəkili vəsatətlə çıxış edib. O, bildirib ki, cinayət işini araşdıran hakimlər vəsatətlərini əsaslandırmadan baxılmamış saxlayıblar. Vəkil hakim tərkibinə etiraz verib.
Vəkilin etirazını Mehman Səlimov müsbət qarşılayıb. Amma prokuror vəkilin etirazını əsassız hesab edib. Qısa müşavirə keçirən hakim heyəti etirazı baxılmamış saxlayıb.
Daha sonra məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edilib və çıxış etmək üçün prokurora söz verilib. İttiham nitqi ilə çıxış edən prokuror Mehman Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Mehman Səlimovun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Buna görə də məhkəmənin davamı aprelin 15-nə keçirilib.
prokuror Mehman Səlimova 10 il iş istəyib. Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.