Bakının Sabunçu rayonunda evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, Giləvar sanatoriyasında yeni tikililər adlanan ərazidə bağ evində qeydə alınıb.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rəna Əmirovanın bağ evindən 610 manat və 11500 manat dəyərində qızıl oğurlanıb. Cinayəti törədən şəxslər bağ evinin qapısını açar seçmə yolu ilə açaraq içəri giriblər.
Rəna Əmirova baş verən oğurluq hadisəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov