Şirvan şəhərində türkiyəli iş adamına basqın edən şəxslər həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Türkiyə vətəndaşı “Galaxy” şirkətinin müdiri Akkurt Rzanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib salonunda 60000 manat olan “Toyota” markalı avtomobili qaçırmış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Əhmədov və Ayət Mirzəyev tutulublar.
Qeyd edək ki, “Galaxy” şirkətinin müdiri Akkurt Sadrettin “Toyota” markalı avtomobili idarə edərkən velosiped sürən naməlum şəxsin yıxıldığını görüb.
Akkurt Sadrettin kömək məqsədi ilə avtomobilindən düşüb və həmin şəxsə yaxınlaşıb. Bu zaman velosipedçi Türkiyə vətəndaşının başından vurub.
Zərbənin təsirindən Türkiyə vətəndaşı huşunu itirib.
Bu vaxt həmin şəxs salonunda 60000 manat olan avtomobili qaçırıb. Akkut Sadrettin xəstəxanaya yerləşdirilib.
Avtomobil hadisədən bir neçə saat sonra Şirvan şəhəri ərazisində tapılıb və pulun aparılması müəyyən edilib.
Hacı Zeynalov