8 Aprel 2016 18:08
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda evlərdən oğurluq edən qrup zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aslan Əlizadə, Elxan Əzimov və Niyaməddin Nəsibov tutulublar.

Onlar martın 5-də Bakı şəhər sakini Nahidə İsgəndərovaya məxsus evdən məişət əşyası oğurlamaqda şübhəli biliniblər. Onların martın 25-də Mübariz Əkbərova məxsus evdən 200 manat və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: