9 Aprel 2016 09:29
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Şəmkir rayonu, Xuluf kəndində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 170 kv. m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: