11 Aprel 2016 12:56
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qazax rayonunda 25 yaşlı gəncin minaya düşməsi ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə aprelin 9-da baş verib.

Qazax rayonunun Xanlıqlar kəndində, sərhəd zolağının yaxınlığında, kənd sakini Kamal Abbasov minaya düşüb. Xəstəxanaya yerləşdirilmiş Kamal Abbasovun sol ayağının topuq hissəsi amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər