11 Aprel 2016 13:54
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda narkoman dozasından artıq narkotik qəbul etdiyinə görə ölüb.

Teleqraf.com xəbər verir ki, aprelin 10-da Yevlax rayon sakini Yusif Paşayev dozasından artıq narkotik vasitə qəbul edib.

Yusif Paşayev narkotik vasitədən zəhərlənmə ilə xəsatəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Yusif Paşayev xəstəxanada ölüb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər