16 İyun 2014 22:31
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz şəhərindən 20 km aralıda yerləşən Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 3 otaq, 2-ci mərtəbəsində 4 otaq ev əşyaları yanaraq külə dönüb.

Teleqraf.com-un məlumatına görə, qaraj yanğından mühafizə olunub.

Cəlilabad şəhərində də vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət kürsülü evin yanar konstruksiyaları və ev əşyaları 52 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: