12 Aprel 2016 18:35
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Orxan Muxtarov özünü yaşadığı evdə asaraq ölüb. Orxan Muxtarovun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: