Bakının Nərimanov rayonunda kütləvi dava olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonu ərazisində olan parklardan birində baş verib.
Bir qrup şəxs arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə zamanı Bakı şəhər sakinləri – Ehtiram Əmirov və İbrahim Bağırlı bıçaqlanıb. Orada olan digər şəxs – Sərrab Bağırov isə döyülüb.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə məlumat verilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Eldar Həsənov tutulub.
İstintaqa ifadə verən Eldar Həsənov hadisənin söyüş üstündə baş verdiyini deyib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov