17 İyun 2014 10:31
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında Gəncə şəhərində qonşu qonşusunu bıçaqlayıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə dəmir yol vağzalı ərazisindəki “Qələbə” parkında 23 yaşlı Kamran Məmmədov qonşusu 24 yaşlı Elton Əliyevi vurub.

Hadisə qonşular arasında yaranan şəxsi münaqişələr zəmnində baş verib. Qarın nahiyyəsindən bir neçə bıçaq zərbəsi alan Elton Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyat ediblər. Elton Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Qonşusunu bıçaqlayan Kamran Məmmədov polis tərəfindən saxlanılıb. Hələlik baş verən münaqişənin dəqiq səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır./anspress/


Müəllif: