14 Aprel 2016 10:29
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ət mağazasına basqın olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospekti, 125 ünvanında yerləşən ət mağazasında baş verib.

1994-cü il təvəllüdlü Röyal Lətifzadə xuliqanlıq zəminində qohumu – 1978-ci il təvəllüdlü Ramiz Osmanovun ət mağazasına basqın edib. O, əvvəlcə mağazanın şüşələrini sındırıb və daha sonra özündə olan baltanı mağazaya tərəf atıb. Balta Ramiz Osmanovun ayağından dəyib. O, xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər