14 Aprel 2016 11:51
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşınını qətlə yetirməkdə təqsirli bilinən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 18-də Suraxanı rayonu, Vahid Xəlilov küçəsi, ev 141 ünvanında Tofiq Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi vurub. Hadisə zamanı Faiq Ağayev ölüb. Hadisədən sonra Tofiq Ağayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, hadisə günü Faiq Ağayev evə sərxoş halda gəlib. O, qardaşı Tofiq Ağayevi təhqir edib. Bundan sonra hər iki şəxs arasında mübahisə düşüb. Mübahisə sonda cinayətlə nəticələnib.

Tofiq Ağayev Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun bundan qabaq da 9 il məhkumluq həyatı yaşadığı bildirib.

Məhkəmə baxışı aprelin 19-a təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər